Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində görkəmli alim, jurnalist və ictimai xadim, mərhum professor Tofiq Rüstəmovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan professor Nəsir Əhmədli Tofiq müəllimi xeyirxah, alicənab insan kimi xarakterizə edərək onun mənalı ömür yolundan bəhs edib. O, qeyd edib ki, T.Rüstəmov BDU-nun Jurnalistika fakültəsində Televiziya və radio kafedrasının, bir sıra ixtisaslaşma kurslarınıın, o cümlədən "Ədəbi redəktə" fənninin yaradıcılarındandır. Yubilyarın jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Səmərəli fəaliyyətinə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdiri, Azərbaycan SSR Ali Sovetinin və Milli Məclisin deputatı olub.
Tədbirin qonağı tanınmış jurnalist Məzahir Süleymanzadə T.Rüstəmovun mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi kimi keyfiyyətlərinı sadalyıb, öz müəllimi və həmkarı ilə bağlı xatirələrindən danışıb.
Jurnalistika fakültəsinin tədris işləri üzrə dekan müavini Əli Hacıyev, fakültənin müəllimləri Ayaz Müsayev, dosent Sevil Həsənova, baş metodist Xalidə Cavadova da çıxış edərək Tofiq müəllimi teleradio jurnalistikası, tərcümə sənəti nəzəriyyələrinin yaradıcılarından biri, görkəmli pedaqoq, mətbuat və tədris işlərinin bacarıqlı təşkilatçısı kimi qiymətləndiriblər.
Daha sonra Jurnalistika fakültəsinin tələbəsi Nurlan Salamanovun "Tofiq Rüstəmov-80" adlı təqdimatı nümayiş olunub.
Sonda mərhumun qızı, Jurnalistika fakültəsinin müəllimi Sevinc Tofiq Qızı tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi