Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında Beynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb.

Tehsil-press.az təşkilata istinadən xəbər verir ki, 141 ölkənin yer aldığı reytinqdə Azərbaycan 36-cı pillədə qərarlaşıb. Dünyanın ən təhlükəsiz ölkəsi isə Finlandiya seçilib. Qətər 2-ci, Birləşmiş Ərəb Əmirlikləri 3-cü, İslandiya 4-cü və Avstriya 5-ci pillədə qərarlaşıb.
İlk onluqda Lüksemburq (6), Yeni Zelandiya (7), Sinqapur (8), Oman (9) və Portuqaliya (10) da yer alıb. Rusiya Beynəlxalq İqtisadi Forumun siyahısında 126-cı yerdə qərar tutub. Sonuncu yeri isə Suriya, Çad və Nigeriya bölüşdürüb.
Region dövlətlərindən Ermənistan 38-ci, Gürcüstan isə 32-ci pillədə yer alıb. Reytinq tərtib olunan zaman ölkələrdə cinayətkarlıq faizi, terror təhlükəsi və hüquq-mühafizə orqanları ilə vətəndaşların münasibətləri əsas götürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər