Dünyanın ən bahalı şəhəri məlum oldu

Dünyanın ən bahalı şəhəri məlum oldu ABŞ-ın "Mercer" konsaltinq şirkəti xarici mütəxəssislər üçün dünyanın ən bahalı şəhərlərinin siyahısını tərtib edib. Bu barədə Trend "Lenta.ru" saytına istinadən xəbər verir.

Siyahıya Honq Konq başçılıq edir. İkinci yerdə isə 2013-2015-ci illərdə bu siyahıya başçılıq edən Anqolanın paytaxtı Luandadır. 2015-ci ildəki kimi Sürix reytinqdə 3-cü, Sinqapur isə 4-cü yerdədir. Daha sonra siyahıda Tokio, Kinşasa (Konqo), Şanxay, Cenevrə, Ncamena (Çad) və Pekin yer alıblar.
Araşdırma 209 iri şəhər arasında keçirilib. Nəticələrə təsir edəcək 200-dən çox meyar arasında isə mənzil, nəqliyyat, qida, geyim və əyləncəyə xərclənən vəsaitlər qeyd olunur.


Tehsil-press.az

Oxşar xəbərlər