Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşları üçün turizm baxımından ən təhlükəsiz ölkələrin siyahısını hazırlayıb.
Bu barədə Tehsil-press.az "The Daily Mail" qəzetinə istinadən xəbər verir.
XİN-in məlumatında ən təhlükəsiz ölkələr kimi İslandiya, Lixteynşteyn, Malta, Polşa, Sloveniya, Baham adaları, Kosta-Rika, Fiji, Seyşel adaları və Yaponiya göstərilir. Nazirlik eyni zamanda qeyd edir ki, bu ölkələrin də risqləri var, amma bu risqlər cüzidir.
Məsələn, Lixteynşteyndə qış idman mövsümündə qar uçqunlarının, Baham adalarında - qasırğalar, Kosta-Rikada - Zika virusuna yoluxma, Yaponiyada isə zəlzələ ehtimalları var.
Ukraynaya yola düşən turistlərə Donetsk, Luqansk və Xarkov vilayətləri sərhədlərinə 10 km-dən yaxın məsafədə yerləşən rayonlara yaxınlaşmamaq təkidlə tövsiyə olunur. Rusiyada Çeçenistan, İnquşetiya, Dağıstan və Stavropolun bəzi ərazilərinə səfər etmək tövsiyyə edilmir.
Böyük Britaniya XİN-in məlumatına əsasən, Moskvada terror aktlarının ehtimalları, ümümiyyətlə isə bütün Rusiyada küçə cinayətkarlığının qurbanı olmaq riskləri var.
tehsil-press.az