Britaniya səfiri: Qarabağ münaqişəsinin həlli bütün regiona xeyir gətirəcək

Britaniya səfiri: Qarabağ münaqişəsinin həlli bütün regiona xeyir gətirəcək Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyir. Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycana deyil, bütün regiona xeyir gətirəcək. Səfir bildirib: "Biz insan itkilərini görmək istəmirik və ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli üzrə səylərini dəstəkləyirik".

Tehsil-press.az

Oxşar xəbərlər