Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ciddi şəkildə dəstəkləyir.
Tehsil-press.az-n məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
Səfir qeyd edib ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya Minsk qrupunun üzvüdür:
"Şübhəsiz ki, Almaniya münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin yenidən başlamasına səy göstərir. Bildiyiniz kimi, bu yay ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Azərbaycanda oldu. Nazir də qətiyyətlə bildirdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz anlayırıq ki, hazırkı vəziyyətdə status-kvo qəbuledilməzdir. Biz tərəflərin hər biri ilə daim əlaqədəyik və onları məqsədyönlü danışıqlara cəlb etməyə çalışırıq ki, münaqişə öz həllini tapsın, həmçinin münaqişə bir də alovlanmasın".
Tehsil-press.az