Azərbaycan və Türkiyə Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

Azərbaycan və Türkiyə Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib Azərbaycan və Türkiyə xarici işlər nazirləri siyasi əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunublar.

Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Bakıda bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib: "Mən həmkarımı Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlarla bağlı məlumatlandırdım. Türkiyə regionun qabaqcıl və ATƏT-in Minsk qrupunun üzv ölkəsi kimi bu münaqişənin nizamlanması ətrafındakı hadisələr barədə məlumatlı olmalıdır".


Tehsil-press.az

Oxşar xəbərlər