Opera və Balet Teatrı yeni mövsümdə ilk premyerasını təqdim etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, teatr VIII Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara sentyabrın 24-də Cüzeppe Verdinin “Bal-Maskarad” operasını təqdim edəcək. Opera konsert ifasında bundan əvvəl səhnəyə qoyulub.
"Bal-Maskarad" operasının premyerası 17 fevral 1859-cu ildə Romanın Apollo teatrında baş tutub. "Bal-Maskarad" bu gün də dünyanın ən qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Azərbaycan Opera və Balet Teatrında "Bal-Maskarad" operasının premyera tamaşasında əsas partiyaları Belorusun Əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır.
Tehsil-press.az