Rusiyanın Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbinin (AİM) professorları - Vyaçeslav Sirotin və Marina Arxipova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbində (RİM) mühazirə oxuyublar. Mühazirə AİM ilə UNEC arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.
UNEC-dən tehsil-press.az-a bildirilib ki, “Sosial-iqtisadi tədqiqatlarda obyektlərin təsnifat problemləri” mövzusunda mühazirə məktəbin müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.
Sonra rusiyalı alimlər sualları cavablandırıblar.
RİM-in direktoru Mənsur Bərxudarov qonaqlara UNEC-də həyata keçirilən yeniliklər, rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az