Baku Ekspo Mərkəzində X Azərbaycan Beynəlxalq Təhsil sərgisinın açılışı olub. Sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) öz stendi ilə təmsil olunub. Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən yubiley sərgisində 14 ölkədən 118 ali və orta təhsil müəssisəsi iştirak edib. Bu barədə Tehsil-press.az-a UNEC-dən məlumat verilib.
Sərginin açılış mərasiminə qatılan təhsil nazirinin müavini Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları UNEC-in stendi ilə tanış olub. Universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov nazir müavininə UNEC-dəki yeniliklər haqqında ətraflı məlumat verib. Bildirib ki, 2016/2017-ci tədris ilində UNEC-i ən yüksək balla seçən tələbələrin sayında ciddi artım qeydə alınıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayaraq İqtisad Universitetinə daxil olub. Ş.Bayramov UNEC-in QS və Webometrics kimi beynəlxalq reytinqlərdəki mövqeyindən, hazırda uğurla həyata keçirilən “Elektron Universitet” modelinin, Differensial əmək haqqı sisteminin tədrisin keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən danışıb. Prorektor UNEC-də yeni tədris ilindən start verilən “Lider müəllim-lider universtet”, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihələrini xüsusi vurğulayıb. Təhsil nazirinin müavini C.Bayramova ikili diplom, mübadilə, Mevlana və Erasmus+ proqramlarının uğurlu nəticələri barədə məlumat verilib.
C.Bayramov UNEC-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb. UNEC-in beynəlxalq proqramları, distant, qiyabi və əlavə təhsilin təşkili və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, universitetdə 4 dildə tədris imkanlarının olması sərgi iştirakçılarının daha çox marağına səbəb olub. Stendə baxış zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az