Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və mərkəzin əməkdaşları Bakı Dövlət Universitetində (BDU) olublar.
Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasında keçirilən görüşdə bu kafedranın tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Eyni zamanda, Misir universitetlərinin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının BDU-nun beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin qurulması, kafedranın Misir mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib.
Görüşdən məmnunluğunu ifadə edən Əhməd Sami Elaydi BDU-nun beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.
Qonaq qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbələri üçün ərəb dili kurslarının təşkili, tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimlərinin, magistrant və doktorantlarının müvafiq ədəbiyyat və digər vəsaitlərlə təminatı, təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi aparılıb.