Tanınmış startarçı təcrübəsini UNEC-in tələbələri ilə bölüşüb

Tanınmış startarçı təcrübəsini UNEC-in tələbələri ilə bölüşüb Startaplar üzrə tanınmış ekspert, TEDx spikeri, investor Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşüb.
Tədbir “SABAH” qruplarında təhsil alan tələbələrin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilib.
Görüşdə startapların yaradılması və fəaliyyəti barədə müzakirə aparılıb.
İsraildə biznes katalizatorlarının təsisçisi olan T.Katran informasiya texnologiyaları sahəsində bu ölkədə yaradılan və inkişaf etdirilən startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.

UNEC-in Mətbuat Xidməti
[right][/right]

Oxşar xəbərlər