Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təkrar ali təhsil alan tələbələrin sayı artıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2016/2017-ci tədris ilində 46 nəfər universitetdə təkrar ali təhsil alacaq. Onlardan 45-i qiyabi, biri isə əyani təhsil formasını seçib.
Ötən tədris ilində UNEC-də təkrar ali təhsil almaq üçün qəbul olunanların sayı 35, 2014/2015-ci tədris ilində isə 21 nəfər olub.
Təkrar ali təhsil alan tələbələr əsasən bu gün əmək bazarında daha aktual sayılan ixtisaslara üstünlük veriblər. Onlardan 24-ü maliyyə, altısı dünya iqtisadiyyatı, altısı isə mühasibat uçotu və audit ixtisası üzrə təkrar ali təhsil alacaq.
Təkrar ali təhsilə qəbul 21 ixtisas üzrə aparılır, tədris müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında diplom verilir.
2014-cü ildən UNEC-də əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu elektron qaydada aparılır.

UNEC-in Mətbuat Xidməti