Hədiyyə olunan kitablar içərisində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, şifahi xalq ədəbiyyatına, elmin müxtəlif qollarına aid kitablar yer alıb.
Kitabların təqdimedilməsi mərasimində çıxış edən “BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvü Nərgiz Məmmədzadə bu günün mütaliəyə maraq və kitaba sevgi yaratmaq istəyən bütün insanları vahid məqsəd ətrafında birləşdirdiyini və hər il minlərlə yeni və oxunmuş kitabın uşaqlara hədiyyə edildiyini deyib. Bildirib ki, BDU tərəfindən ənənəyə çevrilən bu aksiya çərçivəsində ölkəmizin müxtəlif bölgələrindəki ümumtəhsil və ali təhsil müəssisələrinə kitablar hədiyyə edilir. Bu ənənə hər kəsin intellektual inkişafını stimullaşdırmaqla yanaşı, cəmiyyətdə paylaşmaq və hədiyyə etmək hissini də formalaşdırır.
Tehsil-press.az












