"Çingiz Abdullayev, sənə düz edib pul vermirlər" - Xalq yazıçısının Azərbaycan dili ilə bağlı "təklifi" tənqid olundu

Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə etdiyi paylaşım ilə geniş müzakirələrə səbəb olub.

Xalq yazıçısı bu dəfə ədəbiyyatın və ana dilinin təbliği məsələsinə ironik münasibət sərgiləyib.

O, paylaşımında son iki ildə Azərbaycan ədəbiyyatının və dilinin təbliği üçün maliyyə axtarışlarının acınacaqlı vəziyyət aldığını vurğulayaraq belə yazıb:

“Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənilmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?”

Yazıçının bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb. Bir qism onun mövqeyini dəstəkləsə də, əksəriyyət tənqidi yanaşma sərgiləyib.

Siyasi şərhçi Azər Həsrət Çingiz Abdullayevin sözlərinə bu cür reaksiya verib:

"Ay hörmətli Xalq yazıçısı, elə mütləq "urus" dilində belə bir müzakirə açmalıydınız? Ana dilimiz üçün nəsə etmək istəyirsinizmiş, amma açdığınız müzakirə yenə də Moskvanın dilindədir. Məncə sizə düz edib pul vermirlər... "

Tehsil-press.az

Oxşar xəbərlər