Əli Kərimlinin evinin qarşısında daha bir aksiya keçirilib

Əli Kərimlinin evinin qarşısında daha bir aksiya keçirilib Bu gün daha bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları Ə.Kərimlinin son günlər cəbhədə baş verən hadisələrlə bağlı açıqlamalarını pisləyərək, onun xaricdən maliyyələşərək, dövlətçiliyə və millətə qarşı çıxdığını bəyan ediblər.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Ə.Kərimlinin Azərbaycan xalqına xəyanət etdiyini qeyd edib, bildirib ki, Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşib və Ə.Kərimli kimilərə inanmır.
Aksiya iştirakçılar Ə.Kərimlinin dövlətin mənafeyinə qarşı çıxmaqda və ermənipərəstlikdə ittiham ediblər. Aksiyada "Əli Kərimliyə ar olsun!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və başqa şüarlar səsləndirilib. Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb. (APA)

tehsil-press.az

Oxşar xəbərlər