Azərbaycan Banklar Assosiasiyası dollar çatışmazlığının səbəblərindən danışdı

Azərbaycan Banklar Assosiasiyası dollar çatışmazlığının səbəblərindən danışdı Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur.

Tehsil-press.az məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib: “Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir". Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur. Qeyd edəki ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər