Azərbaycanda həm milli, həm də xarici valyutada sığortalanan əmanətlər üzrə faiz həddini artırmaq təklif olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatası bu təkliflə Azərbaycan Banklar Assosiasiyasına müraciət edib. Bunu Trend-ə bank sektorundakı mənbə deyib. Belə ki, milli valyutada sığortalanan əmanətlər üzrə faiz həddini 15 faizədək, xarici valyutada isə 5 faizədək artırmaq təklif edilir. Mənbə qeyd edib ki, bu təklif maliyyə-bank sahəsinin inkişafına istiqamətlənib. Hazırda sığortalanan manat əmanətləri üzrə faiz həddi 12, xarici valyutadakı əmanətlər üzrə isə 3 faiz səviyyəsində müəyyənləşdirilib.
tehsil-press.az