Bakıdakı 102 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənninə həsr olunan fənn aylığının yekunu ilə bağlı “Ədəbiyyat milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Mailə İsmayılova tədris ocağının fəaliyyət planına uyğun olaraq, cari ilin oktyabrın 25-dən noyabrın 25-dək Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətini öyrənmək, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması yollarını araşdırmaq məqsədilə fənn aylığının keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, fənn aylığı çərçivəsində müəllimlərin “açıq dərs”ləri dinlənilərək təhlil olunub, bədii qiraət, inşa yazı müsabiqəsi təşkil edilib, qaliblər mükafatlandırılıb və rəsm sərgisi keçirilib.
Tədbirdə şagirdlər Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf yolundan, ədəbiyyatın həyatımızdakı rolundan danışıblar. Həmçinin şifahi xalq ədəbiyyatından, dövrlər, mərhələlər üzrə şairlərin və yazıçıların əsərlərindən nümunələr söylənilib, səhnəciklər nümayiş olunub və nəğmələr ifa edilib.
Tehsil-press.az