Tramp rektoru təhsil naziri təyin etmək istəyib

Tramp rektoru təhsil naziri təyin etmək istəyib Virciniya ştatının Liberti Xristian Universitetinin rektoru Cerri Foluell bəyan edib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ona təhsil naziri postunu təklif edib.

Tehsil-press.az-n verdiyi məlumata görə, lakin rektor ailəsinə görə bu təklifdən imtina edib.
C.Foluell D.Trampın ötən həftə Nyu Yorkda keçirilən görüşdə bu təkliflə çıxış etdiyini deyib. Rektor isə qeyd edib ki, universiteti ən azı iki il tərk edə bilməz və ailəsini, xüsusilə 16 yaşlı qızını başqa yerə aparmaq istəmir.
Ötən həftə yeni Prezident tanınmış təhsil işçisi Betsi DeVosu təhsil naziri təyin etmək istədiyini bəyan edib. Öz növbəsində, B.DeVos bu təklifi qəbul edib. C.Foluell Prezidentin əla seçim etdiyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər