Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub. Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə Klinikaya yeni baş direktor vəzifəsinə professor Hüseyn Qabulov təyin olunub.
Bu gün ATU rektoru, professor Gəray Gəraybəyli yeni təyinat almış Hüseyn Qabulovu kollektivə təqdim edib. Rektor G.Gəraybəyli onu təbrik edərək, bundan sonra klinikalarda aparılan işin daha da təkmilləşdiriləcəyindən əmin olduğunu açıqlayıb.
Öz növbəsində, Klinikanın direktoru H.Qabulov da göstərilən etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və rektor Gəray Gəraybəyliyə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Klinikanın direktoru, dosent Könül Xəlilova səhiyyə naziri Oqtay Şirəliyevin digər sərəncamı ilə Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub. Rektor Gəray Gəraybəyli bu təyinatla bağlı Könül Xəlilovanı təbrik edib, ona yeni işində uğurlar arzulayıb.

ATU-nun Mətbuat Xidməti