Tibb Universiteti tələbə gənclər təşkilatının sədri Bişkekdə Türk Universitetlər Birliyinin iclasında çıxış edib
Qırğızıstanın paytaxtı Bişkekdə Türk Universitetlər Birliyi tələbə şurasının noyabrın 24-dən 27-dək keçirilən ilk iclasında ölkəmizi Azərbaycan Tibb Universiteti (ATU) tələbə gənclər təşkilatının sədri Tural Əzizov təmsil edib.
Tədbirdə 4 türk ölkəsində fəaliyyət göstərən 16 universitetdən nümayəndələr iştirak ediblər. Tural Əzizov iclasda ATU-nun tarixi, tədris prosesi, klinikaları və yataqxanaları haqqında geniş məlumat verib. O, həmçinin iştirakçılara ATU ilə bağlı slayd təqdim edib.
ATU-nun Mətbuat Xidməti
- Baxış: 9219
Xəbərin tarixi: 29.11.2016 / 19:33
-
Oxşar xəbərlər