Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Odlar Yurdu Universitetində tələbə-müəllim heyəti ilə görüşmüşdür. Keçirilən tədbirin məqsədi ilə bağlı universitetin rektoru, professor Əhməd Vəliyev iştirakçılara geniş məlumat verərək qonaqları salamlamışdır. Polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatı haqqında həmçinin, general-mayor Dadaş Rzayevin keçdiyi həyat yolu haqqında ətraflı məlumat vermişdir. Görüş zamanı hərbi vətənpərvərliklə bağlı gənclərlə geniş söhbət aparılmış və son zamanlarda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli ordumuzun yüksək döyüş hazırlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan ardıcıl, düzgün, məqsədyönlü siyasətin ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəkləndiyi görüş iştirakçılarının diqqətinə çatdırılmışdır. Daha sonra belə tədbirlərin elm-təhsil ocaqlarında xüsusi ilə universitetlərdə tez-tez keçirilməsinin gənclər üçün zəruri və əhəmiyyətli olduğunu qeyd edən general-mayor Dadaş Rzayev Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti adından Respublikada Veteran Hərəkatının gücləndirilməsinə və veteranlara göstərdiyi müstəsna qayğıya görə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevi “Veteranların qayğıkeşi” diplomu ilə, həmçinin “General Səməd Bəy Mehmandarov” və “General Həzi Aslanov” yubiley medalları ilə təltif etmişdir.
OYU-nun Mətbuat Xidməti