26 may 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbyacan Tələbələr Birliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, eyni zamanda, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Tələbələr dini radikallığa yox deyir!" adlı tədbir keçirilmişdir.
İlk öncə qonaqları salamlayan Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı. Sonra isə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov çıxış edərək layihənin əhəmiyyəti, keçirilməkdə məqsədi və ümumilikdə dini radikalizmin fəasadları barəsində geniş məlumat verdi. Digər çıxış edənlər, Azərbaycan Kooperasiya Universitetinin tələbələrlə iş və ictimaətlə əlaqələr üzrə prorektoru İlham Hüseynov, universitetin İqtisadi tarix kafedrasının müdiri Nizami Məhərrəmov ölkədə dini radikallığa qarşı dövlətin apardığı mübarizədən danışdı. Qeyd olundu ki, bu gün Azərbaycanda dövlətin yürütdüyü uğurlu və məqsədyönlü siyasət nəticəsində istənilən bütün radikal qüvvələrin qarşısı ən yüksək səviyyədə alınmışdır. Hazırda Azərbaycan sabitlik və şəffaflıq adasına çevrilmişdir. Bu da şübhəsizdir ki, ölkə başçısı Cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində əldə olunmuşdur. Bu gün gənclik də istənilən siyasi, dini radikallığa yox deyir və dövlətin yürütdüyü siyasi kursu sonuna qədər dəstəkləyir!

Mətbuat və İnformasiya Şöbəsi