ATU Macarıstan universitetləri ilə əlaqələri gücləndirir

ATU Macarıstan universitetləri ilə əlaqələri gücləndirir Macarıstan səfiri rektor Gəray Gəraybəyli ilə görüşüb
Bu gün Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. O, universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb, həmçinin ATU-da yaradılan təhsil-tədris şəraiti ilə tanış olub.
Görüş zamanı rektor, professor Gəray Gəraybəyli macar diplomata ATU-nun tarixi, fəaliyyəti, Azərbaycanda səhiyyənin inkişafında tutduğu önəmli rol haqqında məlumat verib. Qeyd olunub ki, tibb təhsili sahəsində yeganə universitet olan ATU-nun ölkəmiz üçün peşəkar həkimlərin, tibb işçilərinin hazırlanmasında əvəzsiz xidməti var.
Rektor ATU-nun xarici ali təhsil və tədqiqat ocaqları ilə geniş əlaqələri olduğunu da bildirdi. G.Gəraybəyli ATU-nun Macarıstanın Zemvelveys Universiteti ilə əməkdaşlıq etdiyini, qarşılıqlı saziş əsasında müştərək tədbirlər təşkil olunduğunu qeyd etdi. Rektor gələcəkdə universitetlər arasında tələbə mübadiləsinin daha da çoxalmasını, Macarıstandan da Azərbaycana tələbələr göndərilməsini arzuladığını bildirdi.
Cənab Laslotski isə ilk olaraq professor G.Gəraybəylini rektor seçilməsi münasibətilə təbrik etdi, ona bu şərəfli işində uğurlar arzuladı. Azərbaycan və Macarıstan arasında bütün sahələrdə, o cümlədən səhiyyə və təhsil sahəsində sız münasibətlərin formalaşdığını bildirən səfir ikitərəfli əlaqələrin gücləndirilməsinin zəruri olduğunu qeyd etdi.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın da iştirak etdiyi görüşdə Azərbaycan və Macarıstanın tibb universitetlər arasında əlaqələrin möhkəmələnməsi, əməkdaşlıq haqqındakı sazişin yenilənməsi barədə ilkin razılıq əldə olundu.

ATU-nun Mətbuat Şöbəsi


ATU Macarıstan universitetləri ilə əlaqələri gücləndirir

Oxşar xəbərlər