BDU Belqorod Dövlət Texnologiya Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlayıb

BDU Belqorod Dövlət Texnologiya Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlayıb Bakı Dövlət Universitetinin rektoru, akademik Abel MəhərrəmovAzərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib. Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın iştirakı ilə keçirilən konfransa dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, hər iki ölkənin ali məktəblərinin rektorları qatılıblar.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Rusiyalı nazir ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Konfrans çərçivəsində rektor Abel Məhərrəmov V.Q.Şuxov adına Belqorod Dövlət Texnologiya Universitetinin rektoru, professor Sergey Qlaqolev ilə görüşüb. Görüşün nəticəsi olaraq universitetlər arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Mətbuat və informasiya şöbəsi


BDU Belqorod Dövlət Texnologiya Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlayıb

Oxşar xəbərlər