İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması üzrə silsilə seminarlar təşkil olunacaq

İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması üzrə silsilə seminarlar təşkil olunacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin innovasiya şöbəsinin təşəbbüsü, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası, müəllif hüquqları və patent şöbəsinin birgə təşkilatçılığı ilə silsilə seminarlar keçiriləcək.
Akademiyadan tehsil-press.az-a bildiriblər ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında noyabrın 8, 18 və 22-də təşkil olunacaq seminarların məqsədi innovasiya fəaliyyətinin, elm-istehsalat əlaqələrinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi, həmçinin AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələrlə tanışlıqdır.
Tədbirə akademiyanın bölmələri üzrə müvafiq institutların elmi katibləri, elmi işlər üzrə müavinləri, gənc alim və mütəxəssislər, elmi-tədqiqat və innovasiya sahəsində çalışan mütəxəssislər, AMEA-nın Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərən layihə müəllifləri, eləcə də beynəlxalq proqramlarda iştirak edən milli əlaqələndiricilər və magistrlər qatılacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər