Səhiyyə Nazirliyinin baş toksikoloqu: Bu ilin əvvəlindən dəm qazı ilə zəhərlənmənin ölümlə nəticələnməsi halları qeydə alınmayıb

Səhiyyə Nazirliyinin baş toksikoloqu: Bu ilin əvvəlindən dəm qazı ilə zəhərlənmənin ölümlə nəticələnməsi halları qeydə alınmayıb Bu ilin əvvəlindən Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə (KTM) 334 pasiyent “dəm qazı ilə kəskin zəhərlənmə” diaqnozu ilə daxil olub. Bütövlükdə hesabat dövrü ərzində bu diaqnoz ilə müraciət edənlərin sayı 450-dən çox olub. Bu müddətdə Mərkəzdə heç bir ölüm hadisəsi qeydə alınmayıb.
Tehsil-press.az xəbər verir ki, KTM-nin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bu barədə jurnalistlərə müsahibəsində məlumat verib.
A.Maqsudov qeyd edib ki, zərərçəkənlərin 15 faizi ağır, təqribən 70 faizi orta, qalanları isə yüngül formada zəhərlənmə diaqnozu ilə daxil olub. Hesabat dövründə KTM-ə göbələkdən zəhərlənmiş 26 pasiyent və ilan vurmuş 114 adam müraciət edib.
Baş toksikoloqun sözlərinə görə, 2015-ci ildə dəm qazından zəhərlənmə diaqnozu ilə KTM-ə daxil olmuş 402 pasiyentin 10 faizi kəskin, 70 faizi orta, qalanları yüngül dərəcəli zəhərlənmə diaqnozu ilə müraciət edib. Keçən il KTM-in toksikologiya şöbəsində bir nəfər dünyasını dəyişib. Buna səbəb həmin pasiyentin Mərkəzə çox gec – dəm qazı ilə zəhərlənəndən 4-5 sutka sonra müraciət etməsi olub.

Səhiyyə Nazirliyinin baş toksikoloqu: Bu ilin əvvəlindən dəm qazı ilə zəhərlənmənin ölümlə nəticələnməsi halları qeydə alınmayıb

Tehsil-press.az

Oxşar xəbərlər