Göbələkdən zəhərlənmə diaqnozu ilə Respublika Taksologiya Mərkəzinə 5 nəfər müraciət edib.
Tehsil-press.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin rəhbəri Azər Maqsudov söyləyib. A.Maqsudovun sözlərinə görə, xəstəxanaya daxil olmuş xəstələrin vəziyyəti yaxşılaşıb. “Məlum olub ki, həmin şəxslər göbələkləri təsadüfi şəxslərdən alıblar. Göstərilən tibbi yardımdan sonra xəstələrin vəziyyəti yaxşılaşıb”,- A.Maqsudov əlavə edib. Mərkəz rəhbəri onu da bildirib ki, zəhərlənmə diaqnozu ilə quruma ötən il 46, bu il isə 39 nəfər gətirilib.
Tehsil-press.az