Səhiyyə Nazirliyinin baş pediatrı: Yeni doğulanların 2 faizində irsi xəstəliklər aşkar olunur

Səhiyyə Nazirliyinin baş pediatrı: Yeni doğulanların 2 faizində irsi xəstəliklər aşkar olunur Digər ölkələrdə olduğu kimi Azərbaycanda da yeni doğulanların təxminən 2 faizində, yəni hər 100 nəfərin ikisində irsi xəstəliklər aşkar olunur.

Tehsil-press.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev jurnalistlərə müsahibəsində deyib.
Perinatal diaqnostika üsulları ilə xəstəlikləri vaxtında aşkar etməyin mümkün olduğunu deyən baş pediatr qeyd edib ki, yeni doğulanlarda aşkar olunan irsi xəstəliklərin sayı 6 mindən çoxdur. Bildirib ki, insan orqanizmində elə bir sistem yoxdur ki, orada irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinməsin. Ölü doğulan və düşük nəticəsində olanlarda isə bunun faizi daha çox olur. Belə ki, hər diri doğulanların 0,6 faizində xromosom anomaliyaları, ölü doğulanların 5,6 faizdən 11 faizədək, düşüklərdə isə 50-70 faiz halda bu və ya digər ağır irsi patologiyalar aşkar olunur.

Tehsil-press.az

Oxşar xəbərlər