Bu kimi ailələrin uşaqları çox vaxt xəstə doğulur.
Tacikistanda yaxın qohumlar arasında evlilik qadağan edilib. Tehsil-press.az-ın "Аsiya-Plyus" agentliyinə istinadən verdiyi məlumata görə, bu gündən Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən, yaxın qohum evlilikləri bundan sonra qadağan edilir və nikaha girməzdən əvvəl cütlüklər mütləq həkim müayinəsindən keçməlidirlər.
Qanuna əsasən, bundan sonra qardaş, bacı uşaqları, eyni zamanda xala (bibi), dayı (əmi) uşaqları bir-biri ilə evlənə bilməzlər. Bununla yanaşı, VVAQ orqanları tibbi arayış olmadan nikah mərasimini təşkil etməyəcəklər.
Bir müddət öncə Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan 30 mindən çox əlil uşağın dünyaya gəldiyini bildirib.
Nusratullo Salimzoda - Tacikistanın səhiyyə və sosial müdafiə naziri
Ümumiyətlə, qohumla evlilik faktlarına daha çox Orta və Şərqi Asiya, eləcə də Qafqaz ölkələrində daha çox rast gəlinir. Ölkəmizdə də “əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib” kimi atalar sözündən istifadə edib qohuma qız verən və ya qohumdan qız alanların sayı az deyil.
Amma qan qohumları olan əmi, xala, bibi, dayı uşaqları ilə ailə quranlar gələcəkdə bunun hansı problemlər yaradacaqlarını bəzən düşünmürlər. Bir çox hallarda bu, xəstə övladların dünyaya gəlməsinə səbəb olur.
Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva qohum evliliyi, xüsusilə ən yaxın qohumlar arasında evliliyin baş tutmamasının tərəfdarıdır. "Bu kimi evlilikdən ən çox əziyyət çəkənlər uşaqlar olur. Çünki onlar çox zaman xəstə doğulurlar. Düzdür, yad insanların evliliyindən də xəstə uşaq dünyaya gələ bilər, amma bu risk qohum evliliklər arasında daha yüksəkdir. Çünki elə xəstəliklər var ki, onlar zahirən bilinmir, amma insan müayinədən keçəndə onun genetik xəstəlik daşıyıcısı olduğu aşkar olunur. Odur ki, qohumlar arasında genetik xəstəliklər daha çox rast gəlindiyindən onların evlənməməsi daha məqsədə uyğundur".
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin deputatı Ağacan Abıyev da qohum olan insanların nikaha girməsinin əleyhinədir. Millət vəkili deyir ki, qohumların evlənməsindən dünyaya gələn uşaqların 90%-i xəstə, raxit və ya eybəcər olurlar.
"Baxmayaraq ki, biz deputatlar da qohum nikahları pisləyirik, amma bunu hələ ki, qanun çərçivəsinə salmaq kimi bir planımız yoxdur. Bu, insanların hüquqlarının pozulması deməkdir. Hər kəs öz düşündüyü kimi addım atır. Sadəcə insanları maarifləndirmək lazımdır ki, qohumlarla qurduğunuz ailədən həm siz, həm də uşaqlarınız əziyyət çəkəcək. Bunun üçün televiziyada tez-tez bu yönümdə verilişlər olsa, daha yaxşı olar", - deyə millət vəkili vurğuladı.
Dünya təcrübəsinə görə, qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən ikiqat artaraq 8-9 faiz təşkil edir. Amma qohumlar arasında evlənmə faktlarına Avropa ölkələrində az rast gəlinir. Məsələn, Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir.
Ərəb ölkələri, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan ailələrin 30-35 faizi qohum nikahların payına düşür.
Bundan başqa, qohum evliliyində ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır:
Qan xəstəlikləri;
Ürək damar xəstəlikləri;
Şəkər xəstəliyi;
Əqli zəiflik;
Fiziki çatışmazlıqlar.