Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsullari” adlı seminar keçirilib.
Seminarda BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi, şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Məmmədzadə, o cümlədən şirkətin Azərbaycandakı satış menecerı Kənan Atakişiyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR-ın müxtəlif idarə və müəssisələrinin, BP-nin və diğər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları və iştirakçıları salamlayaraq bu ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında məlumat verib. Rektor həmçinin, BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi tədqiqatlara cəlb etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. E.Qasımov bildirib ki, bu tədris ilində BANM-nə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. “Tələbələrimzin əldə etdiyi bu ugurlar böyük nailiyyətdir” - deyə E.Qasımov vurğulayıb.
Elmar Qasımov Ali Məktəbin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlığından da söz açıb.
BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi təmsil etdiyi şirkət barədə danışaraq bildirib ki, BİOLAB özünün 30 ilik təcrubəsi ilə neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlıqlarının təmin edilməsi, quraşdırılması, təlimlərin verilməsi və eyni zamanda, servis xidmətini həyata keçirir. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB dünyanın bir çox ölkələrində BP, Shell, Exxon, Türpaş və digər global şirkətlərini laboratoriya cihazları ilə təmin etmişdir. “Şirkətin ən başlica məqsədlərindən biri yağ analizləri ilə proqnozlaşdırlmış baxım sistemlərini sənaye və elm ocaqlarına müzakirə edərək regiondakı gənclərin maariflənməsinə və sənayenin inkişafına nail olmaqdır” - deyə Sinan Vasfi bildirib.
Tədbir çərçivəsində BANM və BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalandı. Razılaşmaya əsasən, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, eləcə də elmi-praktiki seminarlarda və konfranslarda BİOLAB əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı üçün şərait yaradılacaq. Həmçinin, BANM-in əməkdaşları, tələbələri və BİOLAB şirkətinin əməkdaşları qarşılıqlı olaraq kitabxana-informasiya resurslarından istifadə imkanlarından yararlanacaqlar.
Seminarda o cümlədən, yağ analizinin əhəmiyyəti, sənaye müəssisələri üçün əsas texnikalar və onların faydaları, istifadədə olan yağın keyfiyyəti və istifadə müddətinin monitorinqinin faydaları, avadanlıqların sazlığının monitorinqinin faydaları, istifadədə olan yağların element analizinin əhəmiyyəti və s. barədə məlumat verilmişdir. Seminar tələbələrlə şirkət nümayəndələrinin sual-cavab sessiyası ilə yekunlaşıb.

BANM-nin Mətbuat Xidməti