Deputat: Hər bir məmur, hər bir insan başa düşməlidir ki...

Deputat: Hər bir məmur, hər bir insan başa düşməlidir ki... 2017-ci ilin dövlət büdcəsi mövcud iqtisadi, sosial tələblərə cavab verən büdcə layihəsidir. Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, büdcə layihəsində sosial xərclər mühüm yer tutur və keçən illərdə olduğu kimi, dövlət bütün sosial öhdəlikləri yerinə
“Xərclər hissəsi maksimal səmərəlik amili ilə hesablanıb və məhz bu, ən vacib amildir. Dövlət qurumları ayrılmış vəsaitləri qənaətlə xərcləməli olacaqlar, ümumilikdə bütün subyektlər işlərini və idarəetmə sistemini effektiv qaydada təşkil etməli olacaqlar ki, bu da zamanın
K.Nəbizadə hesab edir ki, büdcə gəlirlərinin artması imkanlarına daha çox önəm verilməlidir:
“Bu artım da birbaşa iqtisadiyyatın ümumi artımı, ümumi daxili məhsulun artması ilə bağlıdır, çünki məhz bu sahədə yığılan vergilər büdcənin gəlirlər hissəsini təşkil edir. Burada ən müsbət məqam odur ki, büdcədə neftin qiyməti 40 dollar səviyyəsində götürülüb. Nəzərə alsaq ki, OPEK-in proqnozlarına görə, gələn il Azərbaycan ən azı 240 milyon barel xam neft ixrac edəcək, 2017-ci ildə neftin orta illik qiyməti 48-55 dollar ətrafında proqnozlaşdırılır, bu proqnozlar gerçəkləşsə, ən minimal halda ölkəyə 2 milyard dollar həcmində əlavə vəsait daxil
Deputat vurğulayıb ki, iqtisadiyyatın real sektorunda da böyük işlər
“Texnoloji və aqrar parklar yaradıldı, istehsal və kənd təsərrüfatı sahələri açılıb. Kənd təsərrüfatında, xüsusilə də pambıqçılıq, baramaçılıq, taxılçılıq, heyvandarlıq sahələrində 2016-cı ildə atılan addımlar gələn il öz bəhrəsini verəcək. Digər perspektiv - informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Bu sahədə Azərbaycanda çox işlər görülüb, bununla bərabər, realizə edilməmiş boyük potensial mövcüddür. Bu sahənin inkişafı gələn il əlavə vəsaitlərin əldə olunmasını təmin edə bilər. Daha bir gəlir gətirən və böyük həcmdə məşğulluğu təmin edən sahə isə tikinti sahəsidir. Büdcədə əsaslı tikinti xərclərinin və bu sahədə dövlətin kapital qoyuluşunun həcmi azalsa da, bu sahəyə sərmayələr digər formada cəlb
Deputat əlavə edib ki, büdcənin qeyri-neft sektorunda yaranan gəlirlərin böyük həcmi sahibkarlıq fəaliyyətindən yığılan vergilərdən
"Sahibkarlığın inkişafı sahəsində dövlət bir çox addımlar atıb, bu sahədə şəffaflıq təmin edilib. Düşünürəm ki, bu iş davam etdirilməlidir və bu sahəyə dəstək daha da artmalıdır. Hər bir məmur, hər bir insan başa düşməlidir ki, sahibkarlara yaradılan maneələr və çətinliklər büdcə gəlirlərinin azalmasına gətirə, iqtisadiyyatın inkişafına ziyan vura bilər. Dövlət strukturları bu sahədə daha çox tənzimləyici və stimullaşdırıcı funksiyaları icra etməlidir, nəinki nəzarət və qadağan etmə funksiyalarını. Ümidvaram ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında atılan məqsədyönlü addımlar 2017-ci ildə öz bəhrəsini verəcək və gələn il büdcə gəlirləri artacaq".

Tehsil-press.az

Oxşar xəbərlər