İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana səfəri zamanı prezident Nursultan Nazarbayevdən xahiş edib ki, bu müsəlman ölkəsinin prezidenti onun mesajını İran prezidentinə çatdırsın: “Bizi təhdid etməyin, biz dovşan deyilik, pələngik. Əgər Siz bizi təhdid etsəniz özünüzü təhlükəyə atmış olursunuz”.
Tehsil-press.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahu bu mesajı Nazarbayevin istəyi ilə çatdırıb. Gələn həftə İran prezidenti Həsən Ruhani ilə görüşü nəzərdə tutulan Nazarbayev İsrail prezidentindən soruşub: “İran prezidentinə Sizin adınızdan nəyi çatdırmağımı istərdiniz?”
Benyamin Netanyahu isə həmin mesajı onun adından Ruhaniyə çatdırmağı xahiş edib.
Xəbər verildiyi kimi İsrail baş naziri dekabrın 13-də Bakıda işgüzar səfərdə olub, buradan Qazaxıstana gedib. Qazaxıstanda Netanyahunu çoxsaylı israilli biznesmenlər də müşaiyət edirdi.Netanyahu bu gün səhər səfərini başa vuraraq Astanadan İsrailə yola düşüb.
Tehsil-press.az