Qafqaz Universitetinin “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzində “Multikulturalizm ili”nin yekununa həsr olunmuş görüş keçirilib.
Tədbirdə “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin müdiri, professor Həbib Zərbəliyev Azərbaycanın dövlət siyasətinin bir istiqamətini təşkil edən tolerantlıq və multikulturalizmin önəmindən danışıb, mərkəzin bu siyasətə həm təbliğat, həm də elmi vasitələrlə xidmət göstərdiyini vurğulayıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydi “Multikulturalizmin Misir və Azərbaycan modellərinin ortaq yönləri” mövzusunda məruzə ilə çıxış edib.
Əhməd Sami Elaydi Misir Ərəb Respublikasında multikulturalizm ənənəsindən, Azərbaycanda müşahidə etdiyi multikultural mühitdən söz açıb. O, hazırda dünyada yaşanan ən böyük problemlərdən birinin millətlər və dinlərarası fərqlərin qabardılması olduğunu nəzərə çatdırıb, Azərbaycanda belə bir təhlükənin olmamasını burada xalqların tarixən birgə yaşamaq ənənəsinə sadiqliklə əlaqələndirib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az