Məzunlar akademik fəaliyyətdə

Məzunlar akademik fəaliyyətdə Dekabrın 17-də “ADA” Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı işgüzar panel keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, AMEA-nın prezidenti Akif Əlizadə, ADA universitetinin rektoru Hafiz Paşayev, eləcə də digər ali təhsil müəssisələrinin rəhbərləri, xaricdə təhsil almış magistr və doktorant məzunlar iştirak edib.
Panelin əsas məqsədi xaricdə təhsil almış gənclərin universitetlərin akademik və idarəetmə fəaliyyətində iştirakının təmin olunmasıdır.
Təhsil naziri Mikayıl Cabbarov giriş sözündə qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın əsas fəlsəfəsi ölkəmizin rəqabətəqabil kadrlara tələbatı ilə bağlı olub. Bu məqsədlə ötən illər ərzində 3500-dən çox tələbə dövlətimizin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, “Elm haqqında” qanuna əsasən tədqiqat universitetləri fəaliyyətə başlayacaq. Bu universitetlərin uğurlu fəaliyyəti həm də gənc elm adamlarının töhfələrindən asılı olacaq.
ADA Universitetinin rektoru Hafiz Paşayev universitetlərin hər zaman hazırlıqlı müəllimlərə ehtiyacı olduğunu vurğulayıb və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təcrübəsindən danışıb.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, əsas ideyası “neft kapitalından insan kapitalına" olan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" artıq özünü doğruldub. Bu gün həmin resurs universitetlərimizin auditoriyalarında məzunların akademik fəaliyyəti ilə əlavə dəyər yaratmalıdır.
SABAH qruplarının təqdimatında universitetlərdə məzunların akademik fəaliyyəti üçün yaradılan imkanlardan bəhs edilib.
Sonra məzunlar açıq fikir mübadiləsinə qoşularaq akademik sahədə daha fəal iştirakı təmin edəcək nüanslar barədə rəy və şərhlərini söyləyiblər.
Paneldən sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri arasında işgüzar görüşlər təşkil olunub.


Məzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdəMəzunlar akademik fəaliyyətdə

Oxşar xəbərlər