UNEC və Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu arasında magistr proqramına dair anlaşma

UNEC və Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu arasında magistr proqramına dair anlaşma Yunanıstanın Kastoriya şəhərində UNEC-lə Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu(QMTTİ) arasında imzalanan birgə magistr proqramına dair mərasim keçirilib.
İki ölkənin universitetləri arasında “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə magistr proqramına dair imzalanan memorandum, gələcək birgə əməkdaşlığın konturlarını müəyyən edir.
Əlamətdar tədbirdə çıxış edən QMTTİ-nin rektoru, professor Asimopoulos Nikolaos bildirib ki, proqramın təşkili və həyata keçirilməsi universitetlər yanaşı, hər iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Yunanıstan Respublikasının təhsil nazirinin müavini Theodosis Pelegrinis Azərbaycanda insan resurslarının inkişafını yüksək qiymətləndirərək, əməkdaşlıq nəticəsində bu potensiladan hər iki ölkənin təhsil müəssisələrinin faydalancağını bildirib.
Son illərdə ölkəmizin təhsil sistemində aparılan islahatlardan danışan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və nostrifikasiya idarəsinin müdir müavini Samir Vəliyev bildirib ki, xaricdə təhsil təcrübəsi alan gənc professor və müəllim heyətinin təhsil prosesinə cəlb edilməsi ilə yeni mühitin yaradılmasına nail olunub.
UNEC-in rektoru Ədalət Muradov çıxışında qeyd edib ki, Azərbaycan təhsil sistemi və UNEC-in tarixində ilk dəfə olaraq universitetin akademik heyəti Yunanıstanda “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramı üzrə xarici kadrların hazırlığını həyata keçirməkdədir. UNEC ilk dəfə olaraq, Yunanıstan Təhsil Nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən bu ölkənin ali təhsil müəssisələrinə ekvivalent universitet statusu alıb. Bununla da, UNEC məzunları Yunanıstanda əmək və akademik fəaliyyət göstərdikləri zaman Yunanıstan ali təhsil müəssisələrinin məzunları ilə eyni statusa malik olacaq.

UNEC-in Mətbuat Xidməti


UNEC və Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu arasında magistr proqramına dair anlaşma

Oxşar xəbərlər