İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 58-ə çatıb

İrkutskda İrkutskda "Yemişan" adlı kosmetik vasitədən içki kimi istifadə edərək zəhərlənib ölənlərin sayı 58-ə çatıb.

Tehsil-press.az bildirir ki, ölənlərdən 34-ü xəstəxanada, qalanları isə evdə dünyasını dəyişib. Hazırda 97 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışı qadağan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər