Ekvadorda zəlzələ qurbanlarının sayı 233 nəfərə çatıb.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu bu gün Ekvador prezidenti Rafael Korrea Twitter sosial şəbəkəsindəki mikrobloqunda yazıb. Dövlət başçısı qeyd edib ki, Tarki-de-Manta rayonu zəlzələdən ciddi ziyan çəkib, binalar dağılıb. Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralı var.
Tehsil-press.az xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib. "Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", — deyə məlumatda bildirilir. Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ baş verib. Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 23:58-də qeydə alınıb. Zəlzələnin episentri Pedernales yaşayış məskənindən 14 kilometr şimal qərbdə qeydə alınıb.
Zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib. "Reyter" agentliyinə ölkənin vitse-prezidenti Xorxe Qlasa istinadən yaydığı son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb. O həmçinin bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur.
Xatırladaq ki, seysmik zonada yerləşən Ekvadorda güclü zəlzələlər tez-tez baş verir. Məsələn 2014-cü ildə 5,1 bal gücündə zəlzələ baş vermiş, nəticədə 5 nəfər ölmüş, 18 nəfər yaralanmışdı.
tehsil-press.az