Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli söz ustadı, Əməkdar İncəsənət Xadimi, ilk Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov S.Vurğunun Azərbaycan ədəbiyyatında, poeziyasında özünəməxsus yer tutduğunu bildirib. Qeyd olunub ki, ustad sənətkarın şeirləri, poemaları dillərdə əzbərdir. Azərbaycan xalqının ədəbi düşüncəsi, bədii təfəkkür ənənəsi şairin poeziyasında öz yerini tutub.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri Buludxan Xəlilov və Cığatel İsaqızı şairin poeziyasından danışıblar. Bildirilib ki, S.Vurğun ölkəmizi bütün dünyada layiqincə təmsil edib. Onun təkcə tarixi poemaları həmin dövrün bütün xüsusiyyətlərini, mənzərəsini müfəssəl şəkildə göz önünə gətirir. Natiqlər S.Vurğunun ədəbi nümunələrinin zəngin olduğu qədər sadəliyini də vurğulayıblar.
Tədbirin bədii hissəsində Xalq Şairinin şeirləri səsləndirilib, mənzum dram əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunub.

AzTU-nun Mətbuat Xidməti