Xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunub.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın tehsil-press.az-a verdiyi məlumata görə, xalq şairinin ikinci ayağı da amputasiya edilib. Onun sözlərinə görə, Söhrab Tahirin ayaqlarında qanqrena getdiyi üçün əməliyyat qaçılmaz olub: “Həkimlər şairin sol ayağını da amputasiya ediblər. Söhrab Tahiri artıq palataya köçürüblər. Hazırda vəziyyəti qənaətbəxşdir”. Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.
tehsil-press.az