Kivi yorğunluğun və depressiyanın yaranması ehtimalını azaldır

Kivi yorğunluğun və depressiyanın yaranması ehtimalını azaldır Gündə cəmi iki kivi yemək depressiyanın inkişafı riskinin azalmasına kömək edir. Üstəlik, orqanizm faydalı vitaminlərlə bəslənir. Bu da əməyin səmərəliliyini artırmağa imkan verir.
Tehsil-press.az xəbər verir ki, Yeni Zelandiyadakı klinik mərkəzin əməkdaşları bu qənaətə gəliblər. Həkimlər 50–dən çox sağlam respondenti müşahidə edərək, müşahidələrinin nəticələrini “Science” jurnalında açıqlayıblar.
Layihə iştirakçılarının sağlamlıq durumunu təhlil edən ekspertlər belə nəticəyə gəliblər ki, gündə iki kivi yemək yorğunluğu azaltmağa və orqanizmi enerjili saxlamağa imkan verir.
Ekspertlərin sözlərinə görə, kivinin tərkibində viruslu xəstəliklərin və soyuqdəymənin qarşısını alan çoxlu maddələr var.

Tehsil-press.az

Oxşar xəbərlər