Yatmamışdan qabaq hansı qida faydalıdır?
Belə bir vəziyyət hamıya tanışdır: “həm yatmaq vaxtıdır, həm də heç cür yatmaq olmur”. Əlbəttə ki belə halda yuxu dərmanı qəbul etmək olar, amma bu, yaxşı yol deyil. Yatmamışdan qabaq yuxu gətirən qida qəbul etmək məqsədə uyğundur. Həmin qidalar gərginləşmiş əzələləri, əsəb sistemini sakitləşdirir, mədəni yüngülləşdirir.
Yatmamışdan qabaq banan yemək faydalıdır. Çünki bananın tərkibində serotonin və melatonin vitaminləri, eləcə də əzələləri boşaldan maqnezium maddəsi var. Çobanyastığı çayı kimi köhnə vasitə də hamıya yaxşı məlumdur. Axı çobanyastığı çayı rahatlaşdırıcı vasitə kimi birinci yeri tutur. Bu çay ağciyərlərə yuxu gətirici effekt verir, bədəndə rahatlıq yaradır.
ABŞ və İngiltərədə çox vaxt yatmamışdan qabaq isti süd içirlər. Çünki onun tərkibində rahatlıq gətirən triptofon – amin turşusu və beyni qidalandıran kalsium var. Bundan əlavə, süd insan psixikasına da müsbət təsir göstərir. İsti südə azca ot çayı və bal da əlavə etmək olar.
Balaca boşqabda yulaf sıyığı da orqanizmə rahatlıq gətirir və aclığı aradan qaldırır. Bu sıyığa azca bal da qata bilərsiniz.
Bal əlavə olunmuş çobanyastığı çayına bir parça çörək də qatmaq olar.
Tərəvəz pəhrizi aterosklerozun qarşısını alır
Amerika alimləri izah etmişlər ki, tərəvəzlə zəngin olan qida qan damarlarında yığılmış yağları əridir və aterosklerozun qarşısını alır.
Tədqiqatçılar 4 ay ərzində müşahidə etmişlər ki, əgər əvvəllər təzə tərəvəzin qəbul edilməsi insanın bədən quruluşunun tarazlığına xidmət edirsə, bugünkü tədqiqatlar sübut edir ki, belə təzə tərəvəz insan orqanizminə müstəsna dərəcədə müsbət təsir göstərir. Tədqiqatçı alimlər tösiyə edirlər ki, insanlar gündə ən azı 5 müxtəlif tərəvəz və ya meyvə qəbul etməlidirlər, alimlər əlavə edirlər ki, həmin meyvə və ya tərəvəzin yaşıl və ya sarı qişaları daha çox faydalıdır.
Badımcanın faydası
Bu tərəvəzin vətəni Hindistandır. Amma hələ qədim zamanalarda badımcan bütün dünyaya yayılır. Ona hərə bir cür tərif verir. Adına “mərhəmət alması”, ”Şirin məhəbbət armudu” demişlər.
Yalnız 20-ci əsrdə Avropa xalqları badımcanın qiyməti qida məhsulu, pəhriz və müalicəvi əhəmiyyət kəsb edən bitki olduğunu sübuta yetirmişdir. Bəs, badımcandan kim istifadə etməlidir? İlk növbədə, ürək-damar sisteminin pozulmasından əziyyət çəkən adamlar, ürək fəaliyyəti zəifləyənlər bu qida məhsulundan lazımınca istifadə etməlidirlər.
Badımcan aşağı kalorili ərzaqdır, 100 qram təzə maddənin tərkibində 28 kilokalori var, tərkibində 2,5-4 faiz şəkər, pektin vəsaiti, zülal, C, B1, B2, PP, A provitaminlər (karotin) və mineral duzlar var. Kalsiumun əsas məmbəyidir (238 mq) ki, bu da orqanizmdə suyun mübadiləsini normallaşdırır və ürək damarlarının fəaliyyətini yaxşılaşdırır, orqanizmdə olan zərərli maddələri zərərsizləşdirir, qanda olan xolesterini azaldır (bəzən 50 faizə), yağları əridir, antisklerotik fəaliyyət göstərir, kapilyarları möhkəmləndirir.
Badımcanın tərkibində olan kalium ürəyin fəaliyyətini, ürək damarlarında qan dövranını yaxşılaşdırır, bundan əlavə, badımcan su-duz mübadiləsini tənzimləyir, orqanizmi artıq su və mətbəx duzundan xilas edir. Badımcanda elə gözəl xüsusiyyət var ki, toxumalardakı xolesterin birləşmələrini, bununla yanaşı qanda, böyrək və qaraciyərin damarların divarlarında olan xolesterini sovurub çıxarır. Badımcanda olan petkin maddələri qida borusu kanalını aktivləşdirmə qabiliyyətinə malikdir və artıq maddələri (o, həm də qəbziliyin qarşısını alır) kənarlaşdırır, turşuluğu aşağı salır. Bütün bunlardan əlavə, bu tərəvəzdə askorbin turşusu, karotin və başqa B vitamin qrupları aşkar edilib. Qanı aşağı olanlar gün ərzində bir badımcan qəbul etməlidir. Onu da əlavə etmək lazımdır ki, badımcanın istehlak qiyməti o qədər də baha deyil. Ona görə də arıqlamaq istəyən hər bir kəs də bu məhsuldan ürəyi istəyən qədər istifadə edə bilər. Beləliklə, Şərqdə deyildiyi kimi, “uzun ömürlüyə şərait yaradan” badımcan məhsulundan istifadə etməmək günah olardı.
Nar şirəsi şişlərin böyüməsini ləngidir
Gündə 1 stəkan nar şirəsi prostat xərçənginə tutulan xəstələrdə bədxassəli şişin böyüməsini ləngidir. Kaliforniya Universitetinin alimləri 50 nəfər üzərində apardıqları müşahidə nəticəsində belə qərar çıxarmışlar. Tədqiqat prostat xərçənginə tutulmuş xəstələr üzərində aparılmışdır. Həmin pasientlər ya əməliyyat olunmalı, yaxud şüalanma terapiyası qəbul etməlidirlər. Alimlər uzun tədqiqatdan sonra bu nəticəyə gəliblər ki, hər gün 1 stəkan (225 mq) nar şirəsi içən prostat xərçəng xəstəsində şiş 54 həftədən sonra 2 dəfə azalıb. Prostat xərçəngi xəstəliyinə tutulmuş yaşlı pasientlər də gündə 1 stəkan nar şirəsi qəbul etməklə xəstəliyin nəticəsini öz xeyrinə yaxşılaşdıra bilərlər. Tədqiqat aparan alimlərdən biri bu barədə belə söyləyir:
“Hər gün bu içkini qəbul etmək nəticəsində xəstə öz ölümünü uzadır. Biz əminik ki, şirənin qəbul edilməsi sayəsində biz başqa müalicə üsulundan vaz keçərik”.
Məlum olduğu kimi, nar şirəsi özündə bir sıra komponentləri – soyuqlamaya qarşı olan izoflavon və antioksidatları birləşdirir. Ancaq alimlər hələ indiyə kimi şirənin məhz hansı komponentin bu xassəli şişinə qarşı mübarizə apardığını bilmirlər ki, müsbət səmərə konkret bir komponentdə deyil, birlikdə qatışıqlardadır. Tədqiqatın nəticələri bunu deməyə əsas verir ki, xəstələr üzərində daha geniş şəkildə tədqiqat aparılır. Çox güman ki, bu da tezliklə öz müsbət nəticələrini verəcək.
Süd çayın müdafiə effektini aşağı salır
İnsanın ürək-damar sisteminin səmərəsini yüksəldən çaya südün əlavə edilməsi bütövlükdə effektini itirir. Çay içənlər üzərində aparılan eksperimentlər göstərir ki, çay arteriyaların fəaliyyətini yaxşılaşdırır, damarları genişləndirir. Lakin ona süd qatdıqda keyfiyyətini itirir. Dəqiq tədqiqatlar göstərir ki, südün çaya təsirinə səbəb onun içkidəki katexin qatışığını aşağı salmasıdır. Katexin-çayın tərkibində olan və orqanizmin ürək-damar xəstəliklərinin müdafiəsinə cavab verən flavonoidlərdən ibarətdir. Məlum olduğu kimi çay soyuqdəyməyə , damarların genişlənməsinə təsir göstərir, eyni zamanda orqanizmi ürək-damar xəstəliklərindən mühafizə edən təsirə malikdir. Bütün dünyada tələb olunma yerinə görə sudan sonra ikinci yerdə gedən çay onun sağlamlığına qarşı təsir gücü barədə informasiyaya səhiyyə nöqteyi-nəzərincə də böyük əhəmiyyət kəsb edir. Lakin indiyə qədər südün çaya qatılmasının onun müdafiə xassəsinə təsiri barədə məlumat yox idi. Belə ki süd çayın bioloji aktivliyini azaldır. Bununla da orqanizmdə xərçəng xəstəliyinə qarşı mübarizədə effektini aşağı salır. Bir sözlə, çaya südün əlavə edilməsi heç cür məsləhət deyil.

Hazırlad: İDRİS