"Boyarişnik" qurbanlarının sayı artır - 77 ölü

İrkutskda "Boyarişnik" adlı spirt tərkibli məhluldan zəhərlənərək ölənlərin sayı 77-yə çatıb.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Regional Səhiyyə İdarəsindən bildirilib.
Məlumata əsasən, ümumilikdə tərkibində spirt qatqısı olan kosmetik vasitədən 123 nəfər zəhərlənib ki, hazırda stasionar müalicədə 16 nəfər var.

Tehsil-press.az

Oxşar xəbərlər