Ekvadorda zəlzələdə ölənlərin sayı 413-ə çatdı (ƏLAVƏ OLUNUB)

Ekvadorda zəlzələdə ölənlərin sayı 413-ə çatdı (ƏLAVƏ OLUNUB) Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Daha öncə 366 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, 2600-ə yaxın adam xəsarət alıb, 230 nəfər itkin düşüb, 1500 tikili dağılıb.
Aprelin 16-ı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.

tehsil-press.az

Oxşar xəbərlər