Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq edib

Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq edib Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib. Bu barədə Tehsil-press.az məlumat verir.

Bununla bağlı Rusiya baş naziri müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiyanın Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanla danışıqlar aparmaq və razılıq əldə olunacağı təqdirdə Rusiya Nazirlər Kabineti adından sazişi imzalamaq tapşırılır.

Tehsil-press.az

Oxşar xəbərlər