Rusiya Federasiyasının Arxangelsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Tehsil-press.az Arxangelsk qubernatoru və Arxangelsk vilayət hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə razılıq Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin Arxangelsk qubernatoru İqor Orlovla görüşündə əldə olunub.
İ.Orlov Azərbaycan və Arxangelsk vilayəti arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivli sahələrini təqdim edib. Şahin Mustafayev məlumat verib ki, Azərbaycanın Rusiya Federasiyasının 78 subyekti ilə ticari-iqtisadi əlaqələri var. Qeyd olunub ki, Azərbaycan-Rusiya əməkdaşlığının ən mühüm istiqamətlərindən biri ticarət münasibətləridir.
Şahin Mustafayev deyib: “Ölkələrimiz arasında azad ticarət rejimi var. Əlbəttə, bu, sahibkarlıq subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bu gün Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir”.
İqor Orlovun fikrincə, gəmiqayırma, karbohidrogenlərin hasilatı, kənd təsərrüfatı və turizm qarşılıqlı faydalı tərəfdaşlıq sahələri ola bilər.
Görüşün yekunlarına əsasən Şahin Mustafayev və İqor Orlov biznes-missiyaları mübadiləsi, Arxangelsk vilayəti və Azərbaycan hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlıq görülməsi barədə razılığa gəliblər.
Tehsil-press.az