Rusiyanın baş naziri Dmitri Medvedev Böyük Vətən Müharibəsi Qələbəsinin 71 illiyi ilə bağlı azərbaycanlı həmkarı Artur Rasizadəyə təbrik teleqramı göndərib.
Tehsil-press.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məktubda bildirilir ki, keçmiş sovet ölkələri gələcək nəslin azadlıq və xoşbəxtliyi üçün vətən uğrunda canlarından keçmiş xilaskar döyüşçülərin böyük rəşadətləri barədə daim xatırlayır. O əminliyini bildirib ki, döyüş meydanındakı dostluq və qardaşlıq ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün etibarlı əsas təşkil edəcək.
Təbrik məktubu Azərbaycanla yanaşı, digər MDB ölkələrinin baş nazirlərinə də göndərilib.
Tehsil-press.az