Quterreş: Ümid edirəm ki, Rusiya və ABŞ Suriya probleminin həllinə kömək edəcəklər

Quterreş: Ümid edirəm ki, Rusiya və ABŞ Suriya probleminin həllinə kömək edəcəklər BMT-nin gələcək baş katibi Antoniu Quterreş ümid edir ki, Vaşinqton və Moskva Suriya böhranına son qoymaq üçün bir araya gələcək.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu Antoniu Quterreş Portuqaliyanın "SIC" telekanalına müsahibəsində deyib.
Xəbərdə deyilir ki, BMT-nin gələcək baş katibi Suriya münaqişəsini "qlobal təhlükə" adlandırıb və qeyd edib ki, dünya dövlətləri münaqişənin başa çatmasına kömək etməlidirlər. Qeyd edək ki, Suriyada silahlı münaqişə 2011-ci ilin mart ayında başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər