ABŞ və Britaniya Hələb üzərinə hava zərbələrinin dayandırılması üçün Rusiya və Suriyanın “müvəqqəti” atəşkəs təklifini rədd ediblər.
Dəməşq və Moskva bildirmişdilər ki, 48 saatlıq atəşkəs sülh danışıqlarının davam etdirilməsi üçün başlanğıc ola bilərdi.
Moskva oktyabrın 20-də səkkiz saatlıq humanitar yardım fasiləsindən əvvəl qiyamçıların və yaralıların Hələbi tərk etmələri üçün hava hücumlarını müvəqqəti dayandıracağını elan etmişdi.
Lakin ABŞ Dövlət Departamenti Rusiyanın təklifini “gecikmiş və az faydalı” adlandırıb.
BMT isə bildirib ki, Hələb şəhərinə humanitar yardımın göstərilməsi üçün səkkiz saat çox az müddətdir.
Rusiyanın müdafiəı naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya və Dəməşq Hələbin şərqindəki əhalinin oranı tərk etməsi üçün 6 təhlükəsiz dəhliz verməyə hazırdır.
Lakin BMT bildirib ki, humanitar yardımın göstərilməsi üçün bütün tərəflərin atəşkəs təminatını almalıdır. Berlin görüşü
Bu arada Qərb mediası xəbər verir ki, Suriyadakı vəziyyət oktyabrın 19-da Putin, Almaniya kansleri Merkel və Fransa prezidenti Fransua Olland arasında Berlində keçirləcək görüşdə müzakirə oluna bilər.
Əslində bu görüşün rəsmi məqsədi Ukraynadakı vəziyyətin müzakirə edilməsidir.
Qərb təhlilçiləri bidlirirlər ki, Rusiya Britaniya və Fransanı qapı arxasında qoymaqla, lakin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin dəstəyi ilə ən-Nüsra Cəbhəsi döyüşçülərinin Hələbdən çıxarılmasına nail olmaq istəyir.
Digər tərəfdən nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı Hələbdəki ən-Nüsranın orada qalmasına razı olduqlarını bildiriblər.
Elə Birləşmiş Ştatlar da hesab edir ki, ən-Nüsra adının dəyişdirilməsinə baxmayaraq əl-Qaedaya bağlı təşkilat olaraq qalır.
Lakin buna baxmayaraq, maksimum 900 nəfər olduqları düşünülən ən-Nüsra döyüşçülərini hazırda digər qiyamçı qruplaşmalardan ayırmaq mümkün olmur.
Təhlilçilərin fikrincə, bu ona görə baş verir ki, heç bir qiyamçı qruplaşma Rusiyanın təklifini qəbul etmək və şəhəri tərk etmək istəmir.
Tehsil-press.az